Diqqətlər Kölnə yönəlir -Avropa Liqasının finalı başlayır
Bu gün UEFA Avropa Liqasında 2019/2020 mövsümünə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, turnirin final oyununda İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i qarşılaşacaq.
Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
Oyun öncəsi komandaların heyətində cəzalı futbolçu yoxdur. La Liqa təmsilçisində yüngül zədəsi olan Lukas Okamposun meydana çıxması sual altındadır. Milan klubunda isə zədəli Matias Vesinonun oynamayacağı dəqiqdir.
Bunadək UEFA Avropa Liqasında 5 dəfə (2006, 2007, 2014, 2015 və 2016) finala çıxan "Sevilya" bunların hamısında qalib gəlib. Bu mənada, əndəlusiyalıar rekordçudur.
Cari mövsüm turnirə "Qarabağ"ın da yer aldığı A qrupunda başlayan "Sevilya" 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda "Roma" (İtaliya), 1/4 finalda "Vulverhempton" (İngiltərə) və yarımfinalda "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.
Avropa Liqasında daha əvvəl 4 dəfə (1991, 1994, 1997 və 1998) final oynayan "İnter" isə bunların 3-də titula sahib çıxıb. Komanda 1997-ci ildəki həlledici matçda Almaniya "Şalke"sinə uduzaraq gümüş medallarla kifayətlənib.
Bu mövsüm avrokubok macərasına Çempionlar Liqasında başlayan "İnter" "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Slaviya" (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin başçılıq etdiyi komanda 1/16 finalda "Ludoqorets" (Bolqarıstan), 1/8 finalda "Xetafe" (İspaniya), 1/4 finalda "Bayer" (Almaniya) və yarımfinalda Ukrayna "Şaxtyor"unu məğlub edib.
"Sevilya" və "İnter" komandaları avrokuboklarda ilk dəfə üz-üzə gələcəklər. İspaniyalılar bunadək 13 dəfə İtaliya təmsilçilərinə qarşı oynayıblar - 6 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət.
"İnter" isə beynəlxalq arenada İspaniya klubları ilə 43 dəfə qarşılaşıb. Bunların 18-də uduzan komanda 14 dəfə qələbə sevinci yaşayıb. 11 matç isə heç-heçə başa çatıb.
20 oyundur məğlubiyyət üzü görməyən "Sevilya" son 9 görüşün 8-də qalib gəlib. Xulen Lopeteginin baş məşqçisi olduğu kollektiv bu mövsüm Avropa Liqasında keçirdiyi 11 oyunun yalnız 1-də uduzub.
"İnter" isə son 7 qarşılaşmada cəmi 1 qol buraxıb. 11 oyundur uduzmayan komandada belçikalı hücumçu Romelu Lukaku cari mövsüm Avropa Liqasında oynadığı 5 matçın hamısında qol vurmağı bacarıb.
UEFA Avropa Liqası
Final
23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya)
Baş hakim: Denni Makkeli
Almaniya, Köln. "Reyn Energi" stadionu.
Oxşar xəbərlər
Bu gün qalib müəyyənləşəcək - Avropa Liqası
"Sevilya" Avroliqanın altıqat qalibidir - Rekord
Avropa Liqası: Yarımfinal mərhələsi start götürür
“Sevilya” “Vulverhempton”a qarşı - Avropa Liqası
Avropa Liqasında bütün 1/4 finalçılar bilindi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO
-
Azərbaycan millisi Fransaya qalib gəldi
-
Yığmamızın Avropa çempionatının 1/8 finaldakı rəqibi bilindi















Misli Premyer Liqası