reklam
Avropa Liqası:
Sportfm.az xəbər saytı

Avropa Liqası:Yarımfinal mərhələsi start götürür


Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniya "Sevilya"sı finala vəsiqə uğrunda İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.
Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edəcək.
Vacib oyun öncəsi hər iki komandada itkilər var. "Sevilya"da Sebastyan Korşya zədə səbəbindən, Nemanya Qudel isə koronavirusa yoluxduğu üçün matçı buraxacaqlar. "Qırmızı şeytanlar"ın heyətində isə Fil Cons, Lyuk Şou və Aksel Tuanzebe oynamayacaqlar.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında olacaq.
UEFA Avropa Liqası
Yarımfinal
23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Feliks Brix
Almaniya, Köln. "Reyn Energi" stadionu

Oxşar xəbərlər

Bu gün ilk finalçı müəyyən olacaq - AVRO-2020
Bakıda vacib matç - Çexiya Danimarkaya qarşı
"Mançester Siti" PSJ-yə qarşı - Çempionlar Liqası
Diqqətlər Kölnə yönəlir - Avropa Liqasının finalı başlayır
"Sevilya" finala yüksəldi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər