Roy Cons Mayk Taysondan təzminat tələb etdi -Döyüş təxirə salındığı üçün
Boksçu Roy Cons Mayk Taysonla döyüşünün təxirə salındığına görə təşkilatçılardan təzminat tələb edib.
Sportfm.az xəbər verir ki, bu barədə TASS-a idmançının meneceri Zsolt Barna məlumat verib.
O, qeyd edib ki, R.Cons sentyabrın 12-də M.Taysonla döyüşməyə tam hazır idi. Lakin rəqibin komandası döyüşü təxirə salmağa qərar verib. Menecer hər iki tərəfin vəkillərinin kompensasiya ilə bağlı qarşılıqlı razılıq üzərində işlədiklərini vurğulayıb.
Əvvəl əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında döyüşün sentyabrın 12-də keçiriləcəyi planlaşdırılsa da, sonradan mübarizədən əldə olunan gəlirləri artırmaq məqsədilə M.Taysonun komandası döyüşü təxirə salıb. Yeni tarixə görə qarşılaşma noyabrın 28-də baş tutacaq. Döyüş Kaliforniya ştatında keçiriləcək və 8 raunddan ibarət olacaq.
Oxşar xəbərlər
Tayson Cons ilə döyüşdə 10 milyon qazanacaq
Mayk Tayson canlı efirdə yuxuladı - VİDEO
Mayk Tayson döyüşməyə razılıq verdi - Xeyriyyə məqsədi ilə
Mayk Tayson-Roy Cons döyüşünün tarixi dəyişdirildi - Əlavə gəlir üçün
Əfsanəvi boksçular arasında döyüş keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası