Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ” Futbol Akademiyası seçimlərə başlayır
"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir. Sportfm.az klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, seçimlər Qəbələ şəhər stadionunda 25-26 dekabr tarixlərində 2000 - 2009-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Tel: 050 290 00 63, 055 511 39 65
Email: recruitment@gabalafc.az
Seçim tarixləri:
Qəbələ Şəhər Stadionu
25 dekabr – 2000, 2001, 2002, 2003, 2004-cü il təvəllüdlü futbolçular
26 dekabr – 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü futbolçular
Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.
Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə "Qəbələ” ilə addımla!!!
Oxşar xəbərlər
"Qarabağ" Qusarda futbolçu axtarır
Bölgələrdə futbolçu seçəcəklər - Layihə
Topaz Premyer Liqasının XIII turu rəqəmlərin gözü ilə
Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilib - FOTO
Birgə çempionat davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası