28 mövsümdə 37 poker
Azərbaycan çempionatları tarixində indiyədək 37 poker qeydə alınıb.
Sportfm.az xəbər verir ki, bir futbolçunun oyunda 4 qol vurmasına daha çox – 7 dəfə 1992-ci ildə təsadüf olunub. 1993/94 və 1995/96 mövsümlərində 4 belə hadisə yaşanıb. Son 5 mövsümdə isə bunu bacaran olmayıb. Premyer Liqada sonuncu poker 2014/15 mövsümündə qeydə alınıb. Həmin vaxt AZAL-ın futbolçusu Freddi Mombonqo fərqlənib.
İndiyədək 32 futbolçu poker müəllifi olub. Mütləq rekord Nazim Əliyevə məxsusdur. 4 müxtəlif mövsümdə bunu gerçəkləşdirən hücumçu 3 klubun heyətində fərqlənib. O, “Neftçi”də 2, “Dinamo” və Sumqayıt “Xəzər”ində bir pokerə sevinib.
Samir Ələkbərovla Fazil Pərvərovun hesabında 2 belə oyun var. Lakin onlar eyni mövsümdə iki poker müəllifi olmaqla rekorda imza atıb. Samir 1992-ci ildə “Neftçi”də, Fazil 1995/96 mövsümündə “Kəpəz”də belə nailiyyət müəllifi olub. Digər 29 oyunçu hərəyə bir görüşdə 4 qol vurub.
Klublara gəlincə, “Kəpəz”in 7 futbolçusu 8 pokerə imza atıb. İkinci göstərici “Neftçi”dədir. Paytaxt klubunda 3 oyunçu ümumilikdə 5 matçda 4 top vurub. “Turan”ın heyətində üç oyunçu hərəyə bir dəfə fərqlənib. Ümumilikdə, 19 komandanın üzvləri pokerə imza atıb.
Oxşar xəbərlər
Emin Mahmudov ilk het-trikinə imza atdı
16 il penta-triksiz - Hüseynovdan Kərimova qədər
“Neftçi”nin məhsuldarlıq rekordları
“Qəbələ”də 5 het-trik, 1 poker, 1 penta-trik
Azərbaycan çempionatında bombardirlərin qol sayı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası