Şehiçdən transfer açıqlaması -"Yeni təcrübələr axtarıram"
Son olaraq Türkiyənin "Erzurumspor" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç transfer iddialarına münasibət bildirib.
Sportfm.az xəbər verir ki, 32 yaşlı qolkiper şəxsi "Instagram" hesabında növbəti mövsüm hansı komandada çıxış edəcəyi ilə bağlı qərar vermədiyini yazıb.
Bosniya və Herseqovina millisinin üzvü son qərarı özü verəcəyini diqqətə çatdırıb: "Bu, mənim şəxsi qərarım olacaq. Qərarı ailəm və menecerim təsiri altında almayacağam. Həyatda həmişə yeni təcrübələr axtarıram. Ərzuruma da Çempionlar Liqasında oynayan komandadan gəldim. Buna görə də sizdən xahiş edirəm ki, bu mövzuda mənə hörmət edəsiniz. Mənim və ailəmin ünvanına çirkin fikirlər səsləndirməyin, bu, doğru deyil".
Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib.
Oxşar xəbərlər
"Bütün dualarım sizinlədir" - "Qarabağ”ın sabiq qapıçısı
"Qarabağ"ın sabiq qapıçısı Superliqa klubunun hədəfində
"Qarabağ"ın sabiq qapıçısı ilə İbrahimoviçi səhv saldı - VİDEO
Şehiçin agenti "Qalatasaray" iddialarına fikir bildirdi
Şehiç müqavilə imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası