reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın sabiq qapıçısı ilə İbrahimoviçi səhv saldı -VİDEO


Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən ulduz futbolçu Zlatan İbrahimoviçi səhv salıb.

Sportfm.az xəbər verir ki, 50 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla matçlar üçün yığmanın heyətini açıqlayarkən yanlışlığa yol verib. O, hazırda Türkiyənin "Erzurumspor" komandasında çıxış edən Şehiçin əvəzinə İbrahimoviçin adını çəkib. Konfransda iştirak edən media nümayəndələri Prosineçkinin ifadəsini gülüşlə qarşılayıblar.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Şehiç isə 2013-cü ilin oktyabrından 2018-ci il iyununadək "Qarabağ"ın formasını geyinib. 

Oxşar xəbərlər

"Qarabağ"ın sabiq qapıçısı Superliqa klubunun hədəfində
Prosineçki çağırdı, 90 dəqiqə meydanda oldu
Prosineçki "Qarabağ"ın qapıçısını Bosniya və Herseqovina millisinə dəvət edib
Şehiçin "Qarabağ"dan gedəcəyi tarix açıqlandı
Robert Prosineçki Şehiçi yanına çağırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər