Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avrokubok matçları sükutla başlayacaq -Qərar
Futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq.
Sportfm.az xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bu ilin əvvəlindən etibarən bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasının qurbanlarının bir dəqiqəlik sükutla yad ediləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Avroliqa avqustun 5-də, ÇL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.
Oxşar xəbərlər
Liqaların oyunlarında 1 dəqiqəlik sükut - AFFA
Türkiyə Super Liqası bu gün başlayır - Oyunlar sükutla bərpa olunur
Oyunlar bir dəqiqəlik sükutla başlayacaq
Millimizin oyunu bir dəqiqəlik sükutla başlayacaq
Ölkə çempionatı 1 dəqiqəlik sükutla başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası