reklam
Nicatın komandası ağır məğlubiyyətə uğradı -
Sportfm.az xəbər saytı

Nicatın komandası ağır məğlubiyyətə uğradı -Gürcüstan çempionatı


Futbol üzrə Gürcüstan çempionatında 7-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda Tiflis “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 3 qol vurmuş 28 yaşlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib. Azərbaycanlı futbolçu 32-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

7 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Renat bu dəfə ötürmə verdi
Qurbanovun komandasından inamlı qələbə - 2:0
Millimizin üzvü sarı vərəqə aldı, komandası uduzdu
Azərbaycanlı Eddi 90 dəqiqə oynadı
İsrafilov 53 dəqiqə meydanda oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər