reklam
Özündən 22 kq ağır döyüşçünü nokauta saldı... –
Sportfm.az xəbər saytı

Özündən 22 kq ağır döyüşçünü nokauta saldı... –FOTO


Rusiyanın müsəlman “MMA” döyüşçüsü Maqomed İsmayılov keçən ilin sonlarından savaşa çağırdığı, ancaq “COVID-19” pandemiyası səbəbindən üç ay sonra Soçidə qarşılaşdığı görüşdə həmyerlisi Aleksandr Yemelyanenkonu məğlub edib.

Sportfm.az xəbər verir ki, “ACA 107” turniri çərçivəsində gözlənilən ən maraqlı qarşılaşmada dağıstanlı  İsmayılova qələbə qazanmaq üçün üç raund kifayət edib. Bu müddətdə o, üstünlüyünü qoruyub. Mübarizədəki son nöqtəni isə  İsmayılov texniki nokautla qoyub.
Görüntülərdə müsəlman savaşçısının yerə uzanmış və qana boyanmış rəqibini döydüyü anda hakimin mübarizəni necə dayandırdığı görünür.

Şərhçilər döyüşçülər arasında ciddi çəki fərqini vurğulayıblar. Belə ki, Yemelyanenko rəqibindən 22 kiloqram ağırdır.

Xatırladılır ki,  Maqomed İsmayılov “ACA” orta çəki çempionudur. Yemelyanenko ilə hazırkı döyüşün nəticəsini də nəzərə alsaq, o, 2 məğlubiyyət və 1 heç-heçə ilə artıq 16 qələbə qazanıb.

Oxşar xəbərlər

"Müsəlman döyüşçü ilə qarşılaşmaq istəmərəm" - Maqomed İsmayılov
Yemelyanenko Kadırovla döyüşə razı oldu
Kadırov Yemelyanenkonu döyüşə çağırdı
Fyodor Yemelyanenko nokautla uduzdu - FOTO
Los-Ancelesdə 300 minlik döyüş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər