reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın daha bir futbolçusu "Sumqayıt"da -FOTO


2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

Sportfm.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Qarabağ"da keçirmiş sağ cinah müdafiəçisi Arif Daşdəmirov “kimyaçılar”la bir illik müqaviləyə imza atıb. Daşdəmirov "Sumqayıt"da 21 nömrəli formada çıxış edəcək.

Daşdəmirov karyerası ərzində “Qarabağ”dan (15 oyun) başqa, “Şahdağ” (19 oyun, 2 qol), “MKT Araz” (22 oyun, 2 qol), “Masallı” (20 oyun, 1 qol), AZAL (10 oyun), “Standard” (16 oyun), “Qəbələ” (48 oyun, 1 qol) və “İnter”in (139 oyun, 9 qol) uğurları üçün çalışıb. O, həmçinin 13 dəfə Azərbaycan millisinin formasını geyinib.

Oxşar xəbərlər

"Sumqayıt" millimizin sabiq oyunçusu ilə gücləndi - 2.5 illik müqavilə
Elvin Məmmədov "Sumqayıt"da - Transfer
"Sumqayıt" Sadıxovu transfer etdi - FOTO
“Sumqayıt” daha bir transfer etdi
Əfran İsmayılov Türkiyəyə gedəsi olmadı...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər