reklam
Məmmədov
Sportfm.az xəbər saytı

Məmmədov "Qəbələ"dən sonra "Sumqayıt"da -FOTO


“Sumqayıt” Əfran İsmayılovun ardından  daha bir futbolçu ilə müqavilə bağlayıb. 

Sportfm.az xəbər verir ki, ötən mövsümü “Qəbələ”də keçirən Elvin Məmmədov 1 illik müqaviləyə qol çəkib. 

Qeyd edək ki, Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

 

Oxşar xəbərlər

"Şamaxı"nın kapitanı 9-cu oldu
"Sumqayıt" futbolçusu ilə müqaviləni uzatdı
Elvin Məmmədov "Sumqayıt"da - Transfer
"Qarabağ"ın daha bir futbolçusu "Sumqayıt"da - FOTO
Əfran İsmayılov Türkiyəyə gedəsi olmadı...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər