"Neftçi" və "Keşlə"nin mükafatları verildi
Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar.
Sportfm.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə "Keşlə"nin bazasında olublar.
PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər.
Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanaraq gümüş medalları klubun idman direktoru Ceyhun Sultanova və komandanın baş məşqçisi Füzuli Məmmədova veriblər.
Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar mükafatlandırmada heç bir klubun futbolçuları iştirak etməyiblər. Medallar daha sonra klublar tərəfindən oyunçulara paylanacaq.
Qeyd edək ki, PFL daha əvvəl "Azersun Arena"da baş tutan mükafatlandırma mərasimində 2019/2020 mövümünün çempionu "Qarabağ"a kubok və medalları təqdim edib.
Oxşar xəbərlər
Çempionluq Kuboku "Dalğa Arena"da veriləcək - Azərbaycan Premyer Liqası
Yeni mövsümün püşkü atıldı - Azərbaycan Premyer Liqasında
Peşəkar Futbol Liqası medalçıları mükafatlandırdı
PFL-dən çempionluq kuboku ilə bağlı açıqlama gəldi
"Qarabağ" növbəti qızıl medallarını qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası