Turnirə azarkeşlər də buraxılacaq
İyulun 3-dən 5-dək ABŞ-ın Atlanta şəhərində şou xarakterli tennis turniri təşkil ediləcək.
Sportfm.az xəbər verir ki, yarışda Frensis Tiafo, Teylor Frits, Reyli Opelka, Tommi Pol, Con İsner, Sem Kuerri, Tennis Sandqren və Stiv Conson iştirak edəcəklər.
Xorvatiyada keçirilən “Adria Tour” yarışı kimi bu turniri də azarkeşlər tribunalarda izləyə biləcəklər. Amma biletlərin yalnız 30 faizi satılacaq. Ümumiyyətlə, hər oyunda 450 azarkeşin olacağı gözlənilir. Nəticələri proqnozlaşdırmaq isə çox çətindir. Çünki bundan əvvəl Novak Cokoviçin təşkil etdiyi turnirə azarkeşlər buraxılandan sonra virusun yeni dalğası yayılmağa başlayıb. Atlanta turnirinin aqibətinin də belə olmayacağına tam təminat vermək mümkün deyil.
Oxşar xəbərlər
Dünyanın bir nömrəlisi həbs olundu
Altıncı dəfə “Wimbledon-2021”in qalibi oldu - UĞUR
Dünyanın bir nömrəsi testdən imtina etdi
Tennis turniri sentyabrın 20-dən oktyabrın 4-dək təşkil ediləcək
Malta "TEN-PRO Global Junior Tour"-a ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası