AFFA-ya maliyyə yardımının detallarını açıqladı
FIFA milli federasiyalara koronavirus pandemiyasının təsiri ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb.
Sportfm.az xəbər verir ki, AFFA da daxil olmaqla təşkilata üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ödəniləcək.
Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək. Üçüncü mərhələdə isə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Lakin məbləğ illik gəlirin 35 faizindən çox olmaması nəzərə tutulub.
Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək və xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq.
Oxşar xəbərlər
AFFA 1.5 milyon dollar əldə edəcək - FİFA-dan yardım
AFFA-ya maddi yardım təsdiqləndi
Ən çox qazanan qadın idmançılar - SİYAHI
FIFA DÇ-2018-dən qazancını açıqladı
2018-ci il dünya çempionatının mükafat fondu artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası