
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Vüqar Bəybalayev: “Məğlubiyyətləri azarkeşlərə unutduracağımıza inanıram”
Topaz Premyer Liqasının XIII turunda Gəncədə "Neftçi”ni qəbul edəcək "Kəpəz” qarşıdakı oyunla bağlı hazırlıqlarını davam etdirir. Sportfm.az xəbər verir ki, Bakıda məşq edən "sarı-göylər”in futbolçusu Vüqar Bəybalayev paytaxt təmsilçisi ilə oyun öncəsi kapazpfc.az saytına fikirlərini bölüşüb: "Komandamız var gücü ilə qarşıdakı oyuna hazırlaşır. Fikrimiz qələbə qazanmaqla azarkeşləri sevindirməkdir. Sonuncu oyunda xal qazanmağa yaxın olduq, "Qarabağ”a qarşı matçın ikinci hissəsində yaxşı çıxış etdik. Amma futbolda yaxşı oyuna xal verilmir. Son görüşlərdə qələbə qazana bilmirik, bu vəziyyət bizi narahat edir. Özümüz də oyunları təhlil edirik. Onu da deyim ki, zədəlilərlə cəzalılarımız da çox olur. Meydana optimal heyətlə çıxa bilmirik. Bu da nəticəyə öz mənfi təsirini göstərir. Heyətlə bağlı vəziyyət yavaş-yavaş düzəlir. Ona görə də "Neftçi” ilə qarşılaşmada məğlubiyyətləri azarkeşlərə unutduracağımıza inanıram. Qazanacağımız qələbə xal ehtiyatımızı artırmaqla yanaşı, turnir cədvəlində mövqeyimizi də yaxşılaşdıra bilər”.
Oxşar xəbərlər
"Kəpəz"in futbolçusu:"Rəqibin “Neftçi” olması həvəsimizi daha da artırmışdı"
Nicat Qurbanov: “Klubun adına yaraşmayan yerdəyik”
“Kəpəz”in futbolçusu: “Son qarşılaşmadan dərs götürmüşük”
"Kəpəz" "Zirə" ilə oyuna 3 itki ilə çıxacaq
"Neftçi"nin baş məşqçisi: "Sumqayıt"ı mütləq udmalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin