reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" Premyer Liqaya gəlir


"Kəpəz" yenidən Premyer Liqada mübarizə apara bilər.

Sportfm.az xəbər verir ki, təşkilatçılar çempionatda daha bir bölgə klubunun olması üçün bu variantı fikirləşir.

"Səbail"in lisenziya şərtlərinin növbəti mövsümün tələblərinə uyğun gəlməmək ehtimalı yüksəkdir. Bu səbəbdən paytaxt klubunu "Kəpəz"in əvəzləyəcəyi gözlənilir. Hətta Gəncə təmsilçisinin Premyer Liqa hazırlığına başladığı bildirilir.

Komandanın baş məşqçi postunda dəyişiklik olmayacaq və Yaşar Vahabzadə "sarı-göylər"dəki fəaliyyətinə davam edəcək.

"Səbail"in isə daha çox uşaq futboluna diqqət ayıracağı və divizionda mübarizə aparacağı gözlənilir.

Çempionatda isə klubların sayı artmayacaq. Yeni mövsümdə yenə 8 klub 4 dövrədə mübarizə aparacaq.

Oxşar xəbərlər

"Kəpəz" Yaşar Vahabzadəni istefaya göndərdi - RƏSMİ
"Kəpəz" Yaşar Vahabzadə ilə davam edəcək - Daha 1 il
“Kəpəz” Premyer Liqaya qayıdarsa, 2 klub dağılacaq
Yaşar Vahabzadə Gəncədə qalır
Elxan Məmmədov açıqladı: "Kəpəz" Premyer Liqada qalacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər