Azərbaycandakı azad agent statusu olan futbolçularla bağlı mühüm qərar -RƏSMİ
Peşəkar Futbol Liqası koronavirus səbəbiylə dayandırılmış Azərbaycan Premyer Liqasının cari mövsümünün Əsasnaməsinə əlavələr edib.
Sportfm.az xəbər verir ki, dəyişiklikdə azad agent statusu daşıyan futbolçularla bağlı məsələyə də aydınlıq gəlib. Belə ki, Əsasnamədə qeyd olunmayan, amma meydana çıxa biləcək fors-major hallarla bağlı qərar vermək hüququnu rəhbər tutan PFL, azad agent statusunda olan oyunçunun idman prinsiplərini əsas götürərək cəlb olunma müddətini aprelin 1-dən 24-cü turun startına qədər uzadır.
Klub öz akademiyasının oyunçusunu istənilən vaxt sifariş edə biləcək.
Meydana çıxa biləcək digər transfer məsələləri ilə bağlı PFL, AFFA və Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən araşdırma aparılıb, ortaq qərar veriləcək.
Oxşar xəbərlər
Azərbaycanda transfer pəncərəsi bağlanır
Ədalət təmsilçilərimizə status veriləcək - “Peşəkar hakim”
Ramil Şeydayevlə bağlı qəti qərar
Şeydayevlə bağlı qərar verildi - O Trabzonu tərk edir
"Xəmsə"nin futzalçısı "Səbail"ə lazım olmadı - Yamin Ağakərimzadə azad agent statusu əldə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası