reklam
İtaliya klubu da irqçiliyə etiraz etdi -
Sportfm.az xəbər saytı

İtaliya klubu da irqçiliyə etiraz etdi -FOTO


İtaliyanın “Roma” klubu da ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümünə biganə qalmayıb.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi sosial şəbəkələrdə start verilən “Qaradərililərin həyatı önəmlidir” kampaniyasına dəstək nümayiş etdirib.

“Canavarlar”ın ötən gün baş tutan məşqindən öncə baş məşqçi Paulo Fonseka və yetirmələri diz çökərək irqçiliyə və polis vəhşiliyinə etiraz ediblər. Bu görüntülər klubun sosial şəbəkə hesablarında da nümayiş etdirilib.

Qeyd edək ki, ABŞ-da Corc Floydun ölümündən bəri əksər ştatlarda etiraz aksiyaları keçirilir. Artıq idman ictimaiyyətindən də etiraz nümayiş etdirənlər az deyil.

Oxşar xəbərlər

Anri diz çökdü - 8 dəqiqə 46 saniyə
Futbolçular üçün xüsusi idman dəstləri hazırlandı - FOTO
Floyd Meyvezer dəfn xərcini üzərinə götürdü
"Liverpul" etiraz edir - ABŞ-dakı irqçiliyə
Sabiq basketbolçu ağdərili vətəndaşı döydü - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər