Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçular Çexiyada 3 xala sevindi
Futbol üzrə Çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Varnsdorf”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 4:0.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Nəbiyev 34-cü dəqiqəqə sarı vərəqə ilə də cəzalanıb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
“Viktoriya” hazırda 35 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Fərid sonadək oynadı - Komandası məğlub oldu
Fərid Nəbiyevlə Samir Qurbanovun komandası qələbə ilə başladı
Fərid son turda sevindi - Çexiya çempionatı 2-ci divizionu
Nəbiyev 45 dəqiqə oynadı, komandası xal itirdi
Nəbiyev ilk rəsmi qolunu vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası