reklam
Avstriyada keçiriləcək yürüşlərin adı bilindi
Sportfm.az xəbər saytı

Avstriyada keçiriləcək yürüşlərin adı bilindi


İyunun 2-də Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb. Təqvimə əsasən Avstriya iki yürüşə ev sahibliyi edəcək.

Sportfm.az xəbər verir ki, iyulun 5-də keçiriləcək yürüş Avstriya Qran-Prisi, ayın 12-də təşkil olunacaq yarış isə Ştriya Qran-Prisi adlanacaq. Hər iki yarış Avstriyanın Ştriya regionunda yerləşən avtodromda baş tutacaq.

Azərbaycan Qran-Prisinin vaxtı isə hələ müəyyənləşməyib. Çempionatın ilkin təqviminə görə, Bakı şəhər halqasında yürüş iyunun 5-7-də keçirilməli idi. Formula 1-in rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq vəziyyəti nəzərə alaraq dekabra qədər ən azı 15-18 yürüşün təşkilini planlaşdırır.

Qeyd edək ki, Formula 1-in 2020-ci il mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb.

Oxşar xəbərlər

Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
Təqvimə daha bir Qran-pri əlavə olundu - Formula 1
Azərbaycan Qran-prisi rəsmən ləğv olunub - Formula 1
Fransa Qran-prisi təxirə salındı - RƏSMİ
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər