reklam
Müasir futbolun ən uğursuz transferləri -
Sportfm.az xəbər saytı

Müasir futbolun ən uğursuz transferləri -BİRİNCİLƏR


İdmanın şahı sayılan futbol təkcə baxımlı, maraqlı və möhtəşəm bir oyun deyil, həm də qazanclı bir iş mənbəyidir. Klub rəhbərliyi, həm qələbələrin sayəsində həm də futbolçuların alışı və satışından olduqca sərfəli qazanc əldə edir. Məsələn, Qaret Beylin olduqca uğurlu transferi Tottenhemə 79 milyon avro qazandırdı: Tottenhem Sauthemptondan uelsli futbolçunu 14,7 milyon avroya alıb Real Madridə 94 milyon avro dəyərində satdı. Amma təəssüf ki, hər klub belə parlaq sövdələşmələrdə gözlənilən uğuru qazana bilmir.

Hazırki yazıda sizə, futbolda baş verən ən uğursuz tranferlərin bir neçəsi barədə söhbət açacağam.

1. Rikardo Kaka

Transfer: "Milan" - "Real Madrid". Zərər - 65 milyon avro.

Klub rəhbərlərinin, futbolçuları satın almaları çox vaxt lotoreyanı xatırladır. Beləliklə, Real Madrid klubu üçün alınan ən uğursuz futbol transferi brazilyalı futbolçu Rikardo Kakadır. Milanda keçirdiyi 6 mövsüm ərzində Kaka o qədər parlaq və məhsuldar görünürdü ki, italyan azərkeşləri onun "başına and içirdi". Qızıl topu alaraq, 2009-cu ildə futbolçu yeni üfüqləri fəth etmək ümidi ilə kral klubu ilə 6 illik müqavilə imzalayır.

Təəssüf ki, Madriddə, braziliyalı futbolçu bəslənən ümidləri doğruldmağı bacarmadı. Bir tərəfdən bir sıra zədələr oynamağa mane oldu, digər tərəfdən məşqçinin, formasını itirməyə başlayan oyunçunun gücünə inamsızlığı öz sözünü dedi. Nəticədə 120 oyunda 29 qol. 2013-cü ildə Kaka Milana təmənnasız olarq qayıdır.

2. Robinyo

Transfer: Real Madrid - Manchester Siti. Zərər - 25 milyon avro.

İngiltərə PL-sın ən uğursuz transferləri siyahısında Robinyonun öz yeri var.

Karyerasının əvvəlində Robinyoya təltif olunmayan epitetlər qalmamışdı. Onlardan ən təvazökarı, bəlkə də, "tarixin yeni Pelesi" idi. Lakin Real Madriddə braziliyalıya, "Pele" olmaq üçün nə isə çatmırdı, və buna görədə klub onu asanlıqla Mançester Sitiyə 43 milyon avroya satmağa razılaşır. O dövrdə bu məbləğ İPL-sı üçün rekord sayılırdı.

"Şəhərlilərində" heyətində braziliyalı lazım olan nəticəni vermədi, iki mövsüm ərzində rəsmi oyunlarda Robinyo cəmi 11 qolla yadda qalır. Bununla belə, Milan rəhbərliyi Robinyo üçün 18 milyon avro ödəməkdən çəkinmir və futbolçunu öz sıralarına qatır. Futbolçu, Milandada lazımi göstəricilərlə yadda qalmır.

3. Andrey Şevçenko

Transfer: "Milan" - "Çelsi". Zərər - 43,3 milyon avro.

Andrey Şevçenko "Çelsi" yə qoşulanda MDB-nin ən yaxşı oyunçusu və inanılmaz qoleodoru idi. Yeganə nüans ukraynalı futbolçunun artıq fubol üçün heç də az sayılmayan 30 yaşı olması idi.

Şevçenko debüt matçında "təqaüdçülər" üçün qol vursa da, ardınca işlər elədə yaxşı getmir. Çelsinin heyətində Andrey digər forvardlarla rəqabətə dözə bilmir iki il ərzində iki dəfə əməliyyat keçirir və yüngül olmayan bel zədəsi alır. Çelsidə Şevçenko 48 matç keçirərək cəmi 9 qol vurur və Milana icarəyə verilir. Kiyev Dinamosuna artıq azad agent kimi qoşulur və üç ildən sonra karyerasını başa vurur.

4. Kşiştof Pyentek

Transfer: "Cenoa" - "Milan". Transfer məbləğı - 35 milyon avro.

Müasir futboldada transfer uğursuzluqları çoxdur. Kşiştof Pyentekin Milana keçidi bunlardan biridir desəm yanılmaram. Polyak hücumçu A seriyasında 2018-ci il mövsümünün əsl kəşfi idi. Cenoanın heyətində altı ay ərzində on doqquz qol vurmağa cürət etmişdir. Bunu görən və futbolçuya inanan Milan rəhbərliyi, Pyentek üçün 35 milyon avrosundan keçir və onu dərhal komandanın əsas hücumçusu edir. Kşiştof karyerasında yeni bir mərhələyə başlayır və Milanın heyətində vurulan daha çox qolun sahibi olur. Belə bir hücumçu ilə klub növbəti mövsümə böyük ümidlərlə yollanır.

Lakin Milan növbəti mövsümə güclü start verə bilmir və turnir cədvəlinin ortalarında qərarlaşır. Pyentek özü komanda yoldaşlarından daha sürətlə geriləməyə başlayır və aktivinə yazacağı qolların sayını azaldır. 35 milyon avro bir neçə uğurlu ay üçün çox deyilmi?
2020-ci ilin yanvarında Berlin Hertası ilə müqavilə imzalayır. Mediada yayılan məlumatlara görə, almanlar onun transferi üçün 27 milyon avro ödəyiblər.
Futbolçunun 24 yaşı var və sözsüz ki, azı 5 tam məhsuldar mövsüm keçirə bilər.

5. Felipe Koutinyo

Transfer: "Liverpul" - "Barselona". Transfer məbləği - 106 milyon funt sterlinq (118 milyon avro).

Barselona Koutinyonun xidmətlərindən yararlanmağa görə Liverpula 118 milyon avro ödəyəndə, bu, hər iki tərəf üçün sərfəli görünürdü. Liverpul, klubdan ayrılmaq istəyən futbolçunu satır və bunun müqabilində külli miqdarda pul qazanır, bəli Liverpul üçün uğurlu və sərfəli oldu. Kataloniyalılar cinahda və mərkəzdə oynamaq təcrübəsi olan bir futbolçunu, gələcəkdə İniestanı əvəz edə biləcək bir oyunçunu aldıqlarını zənn edirdilər. Koutinyo özüdə bütün işlərin yağ kimi getdiyini düşünürdü. Amma sən saydığını say.

Bir il sonra vəziyyət dəyişir - Koutinyo əsas heyətdə yerini bərkidə bilmir, çempionatda mümkün dəqiqələrin yalnız 57 %-ni oynayır və qolların sayını əməlli başlı azaldır. Koutinyo hələ də yüksək səviyyəli oyunçu olaraq qalır lakin hücumda onun funksionallığı heç kimə lazım olmayan Messinin funksiyasını təkrarlayır və futbolçu müdafiədə heç bir formada öz zonasını bağlaya bilmir. Beləliklə Koutinyo, cinahda Dembele ilə rəqabətdən məğlub ayrılır.

2019-cu ilin avqustunda Koutinyo, bir illik icarə əsasında Bavariyaya yollanır.

Koutinyo üçündə hər şey bitməyib və ümud edək ki, futbolçu hansı klubda oynayacağından asılı olmayaraq hələ öz sözünü deyə biləcək. Barselonadakı bütün xoşagəlməz hallar barədə danışsaq mövzü bir az dəyişəcək odur ki, bu barədə gələn yazılarda.

Siyahını, gündəmdə olan bir çox gənc futbolçularla doldurmaq olar. Oxucunun marağına səbəb olsa, mövzunun ikinci və üçüncü hissəsinidə sizlərə təqdim edəcəyik.

Maraqlıdır, bəs siz siyahıya hansı uğursuz transferi əlavə edərdiniz? Həmin futbolçunun adını şərh bölməsində qeyd edə bilərsiniz.
Hazırladı: Emin Şəmsiyev

Oxşar xəbərlər

Tarixin ən uğursuz transferləri – SİYAHI
"Sabah"ın sabiq futbolçusu ən bahalı transferlər sırasında
"Real"dan Mbappe üçün fantastik məbləğ
"Barselona" Arda Turana fantastik qiymət qoydu
Futbol tarixinin 10 ən bahalı transferi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər