reklam
Məşhur türk karyerasını bitirdi -
Sportfm.az xəbər saytı

Məşhur türk karyerasını bitirdi -Forması əbədiləşdirildi


"Rubin"in türk futbolçusu Gökdəniz Qaradəniz karyerasını bitirir.

Sportfm.az xəbər verir ki, cari mövsüm Gökdənizin karyerasında sonuncu olacaq. 38 yaşlı futbolçu bununla bağlı mətbuat konfransı keçirib:

"Kazanda 10 əla il keçirdim. "Rubin"in formasını geyindiyim üçün şərəf duyurdum. Hiss edirəm ki, karyeram sona yaxınlaşır. Burda cəmisi 2 oyunum qalıb. "Ufa" ilə qarşılaşma isə Kazanda son oyunum olacaq. Burda özümü həmişə evdəki kimi hiss etmişəm.

Mənə dəstək verdikləri üçün azarkeşlərə təşəkkür edirəm. Bütün komanda yoldaşlarıma, rəqiblərə minnətdaram. Çox ağır məqamdı. Təsəvvür etməzdim ki, bu qədər ağır olacaq".

"Rubin"in baş direktoru Rustam Şaymanov bildirib ki, Gökdəniz Qaradənizin  61 nömrəli forması əbədiləşdiriləcək. O, Kazan klubunda 2 dəfə Rusiya çempionluğunu, Rusiya kubokunu və 2 dəfə də Superkubokunu qazanıb.

Gökdəniz "Rubin"in heyətində 299 oyun keçirib, 52 qol vurub.

Oxşar xəbərlər

Gökdəniz Karadəniz “Rubin”də - Təyinat
"10 il bizim klubda oynayan bir şəxs kimi çox çirkin iş tutdu" - "Rubin" rəsmisi
Rusiya klubunun futbolçusu: "Azərbaycan restoranlarında vaxt keçirməkdən zövq alıram"
Türk futbolçu:"Bura Rusiyanın digər şəhərlərindən fərqli olaraq möhtəşəmdir"
"Barselona"nın futbolçusu "Rubin"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər