reklam
“Konfrans Liqası təxirə salınmayacaq” -
Sportfm.az xəbər saytı

“Konfrans Liqası təxirə salınmayacaq” -Çeferin


UEFA prezidenti Aleksandr Çeferin koronavirus səbəbiylə təxirə salınan liqalarla bağlı açıqlama verib.

Sportfm.az xəbər verir ki, “The Guardian”a danışan qurum rəhbəri, 2021-ci ilə təxirə salınan AÇ-2020 və 2021/2022 mövsümündə başlaması nəzərdə tutulan Konfrans Liqası ilə bağlı danışıb:

“AÇ-2020-nin 2021-ci ildə keçiriləcəyi ilə bağlı bir milyonluq bəhsə girməyə hazıram. Bu virusun sonsuzadək davam edəcəyini düşünmürəm. Bu, bizim üçün yeni bir təcrübədir və virusdan qurtulduqdan sonra işlər normala qayıdacaq. Birinci və ikinci dünya müharibəsindən sonra futbol dəyişmədi, bu virusdan sonra da dəyişməyəcək.

Vəziyyətin Konfrans Liqasına təsir edəcəyini düşünmürəm, bu turniri vaxtında keçirəcəyik. Konfrans Liqası təxirə salınmayacaq”.

Oxşar xəbərlər

Premyer Liqada yeni qayda - koronavirusla bağlı
Avropa çempionatı 2021-ci ilə təxirə salındı
Dünya çempionatının yeni tarixi məlum oldu
UEFA-dan Avro-2020 ilə bağlı vacib qərar
Çempionlar Liqasının qarşılaşmaları təxirə salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər