reklam
Bakıda medal qazanmış idmançı ağır xəstəliyə tutuldu -
Sportfm.az xəbər saytı

Bakıda medal qazanmış idmançı ağır xəstəliyə tutuldu -FOTO


Sloveniyalı cüdoçu Anya Stanqar ağır xəstəliyə tutulub.

Sportfm.az xəbər verir ki, bu barədə 24 yaşlı idmançı sosial şəbəkə hesabında yazıb.

Stanqarın sözlərinə görə, onda xərçəng xəstəliyi aşkarlanıb. Artıq ilk kimyaterapiya kursunu keçən cüdoçu bildirib ki, bu dəfə daxilindəki rəqiblə mübarizə aparır: "Xərçəng diaqnozu qoyulandan sonra prioritetlərim dərhal dəyişdi. Bu, həyatımdakı ən vacib döyüşdür. İnanıram ki, arzuolunmaz hüceyrələrə qarşı mübarizəni qazanıb, onları məhv edə biləcəyəm".

Qeyd edək ki, Anya Stanqar 2017-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pridə və Bakıdakı Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Oxşar xəbərlər

Cüdoçumuz Bakıdakı “Böyük Dəbilqə” turnirində bürünc qazandı
Daha bir cüdoçumuz Qran-pridə medal qazandı
Cüdoçumuzdan qızıl medal - Böyük Dəbilqə
22 yaşlı idmançı dünyasını dəyişdi - Yarış zamanı
Cüdoçumuz Macarıstanda bürünc medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər