reklam
Sportfm.az xəbər saytı

"Qaydalara riayət etmək asan deyil" -Dmitri Nazarov


Almaniyanın II Bundesliqa təmsilçisi "Erzgebirge"də çıxış edən Dmitri Nazarov açıqlama verib.

Sportfm.az xəbər verir ki, klubun saytına danışan 30 yaşlı yarımmüdafiəçi çempionatın 26-cı turunda “Sandhauzen”ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb:

"Penaltini yerinə yetirən zaman özümə əmin idim. Penaltini yerinə yetirmək velosiped sürmək kimidir. Sürməyi heç vaxt unutmursunuz. Rəqibə qırmızı vərəqə göstərilməsindən çox vaxt keçmişdi. Buna baxmayaraq, oyuna kökləndik. Fikrimcə, layiqli qələbə qazandıq".

Azərbaycan millisinin üzvü azarkeşlər üçün darıxdıqlarını sözlərinə əlavə edib:

"Oyun zamanı bir neçə dəfə tibbi maskadan istifadə elədim. Qaydalara əməl etməyə çalışırıq. Ancaq qol vurulanda bu qaydalara riayət etmək asan məsələ deyil. Ümid edirəm ki, gələcəkdə qələbəni azarkeşlərlə qeyd edə biləcəyik".

 

 

InfoKiosk - Što se čita u Hrvatskoj?

Oxşar xəbərlər

Nazarov qol vurdu, amma...
AMADA-dan xəbərdarlıq - "İdmançılar təlimatlara ciddi riayət etməlidir"
"Bütün diqqətimiz "Neftçi"yə yönəlib" - "Şkupi"nin baş məşqçisi
"Sadıqovun rekordunu qırmaq istəyirəm" - Dmitri Nazarov
"Müxtəlif təkliflərim var" - Dmitri Nazarov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər