"Müxtəlif təkliflərim var" -Dmitri Nazarov
Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"də çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov açıqlama verib.
Sportfm.az xəbər verir ki, çempionatın 31-ci turunda "Bohum"la (3:2) matçın 90+4-cü dəqiqəsində penaltidən qol vurmaqla komandasına qələbə qazandıran 29 yaşlı yarımmüdafiəçi gələcək karyerasından danışıb. Cri mövsüm az oynayan Nazarov təkliflər aldığını deyib:
"Müxtəlif təkliflərim var. Azərbaycan millisinə müntəzəm dəvət alıram. Hələ klubumla 2 illik müqavilə var. Burda özümü rahat hiss edirəm. Uğur qazanmaq üçün müqaviləni vaxtından əvvəl uzatmışdım. Bu mövsüm mənim üçün asan keçmədi. Ancaq azarkeşlər rahat olsunlar. Bu komanda mənim üçün çox vacibdir. Hazırda diqqətimi klubuma və oyunuma kökləmişəm".
Oxşar xəbərlər
"Qaydalara riayət etmək asan deyil" - Dmitri Nazarov
Dmitri Nazarov tarixə düşdü
"Sadıqovun rekordunu qırmaq istəyirəm" - Dmitri Nazarov
Nazarov Almaniya klubu ilə müqavilə yenilədi
"Böyük döyüşkənliklə bütün ölkəni xoşbəxt etdik" - Dmitri Nazarov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası