reklam
AMADA-dan xəbərdarlıq -
Sportfm.az xəbər saytı

AMADA-dan xəbərdarlıq -"İdmançılar təlimatlara ciddi riayət etməlidir"


Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Tokio-2020 Yay Olimpiya Oyunlarında dopinq nəzarəti ilə bağlı yeniliklər və dəyişiklərlə bağlı yarışa qatılacaq idmançılar və nümayəndə heyətinə müraciət edib.

Sportfm.az xəbər verir ki, Hüseynli iştirakçılara bütün qaydalara ciddi riayət etməyi tapşırıb.

Onun sözlərinə görə, əks halda idmançılar sanksiya ilə üzləşə bilərlər: "Tokio-2020” Yay Olimpiya Oyunlarında COVID-19 pandemiyası səbəbindən baş verən dəyişikliklər dopinq nəzarəti sahəsini də əhatə edir. Oyunlar zamanı bu proses koronavirusla bağlı qaydalar nəzərə alınaraq həyata keçiriləcək. Oyunlarda dopinq nəzarətini həyata keçirmək üçün AMADA-nın da iki dopinq nəzarəti inspektoru iştirak edəcək.
İdmançılar və onları müşayiət edəcək heyət baş verən yenilikləri və dəyişikləri nəzərə almaqla olimpiya oyunları müddətində bütün qaydalara, o cümlədən də Tokio-2020 Yay Olimpiya Oyunlarının antidopinq qaydalarına və AMADA-nın təlimatlarına tam və ciddi riayət etməlidir. Əks halda, qaydalara əməl olunmaması antidopinq qayda pozuntusu kimi qiymətləndirilə və sanksiya ilə nəticələnə bilər".

Oxşar xəbərlər

AMADA “Araz-Naxçıvan” üçün maarifləndirmə seminarı keçirdi
AMADA Milli Olimpiya Komitəsində “Bali-2023” ilə bağlı idmançılar ilə görüşdü
8 qat Avropa çempionumuz sertifikat aldı - Tokio-2020 üçün
AMADA-nın inspektorları beynəlxalq status verildi
AMADA idmançılar üçün seminar keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər