reklam
Sportfm.az xəbər saytı

"Azərbaycana qayıdacam" -Aleksey İsayev


“Mövsümün başlaması haqqında hələ ki, rəsmi məlumat yoxdur. Hər şey dəqiqləşəndən sonra Azərbaycana qayıdacam”.

Sportfm.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayev deyib.

Hazırda Rusiyada olan futbolçu Premyer Liqanın startı rəsmiləşəndən sonra ölkəyə qayıdacağını açıqlayıb. İsayev çarter reysi ilə qayıdıb-qayıtmayacağı ilə bağlı da danışıb:

“Düşünürəm ki, qayıtmaq üçün bir imkan yaranacaq. Hər halda bütün məsələləri klub rəhbərliyi ilə müzakirə edəcəyik. Birlikdə necə gələcəyimlə bağlı qərar olacaq”.

Millimizdən imtina edən yarımmüdafiəçi Rusiyanın “Ural” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bunu ilk dəfə sizdən eşidirəm. “Ural"dan təklif almamışam”.

Oxşar xəbərlər

Premyer Liqada oyun ləğv edildi – koronavirusa görə
Rusiya klubu azərbaycanlı futbolçunu transfer edir - İsayev gedir
Azərbaycanlı futbolçu ilə bağlı müəmma - Moskvada qalacaqmı?
AFFA Prosineçki ilə danışıqlara başladı
Yığmamızın üzvünə Rusiyadan təklif gəldi, "Sumqayıt"dan ayrıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər