Yığmamızın üzvünə Rusiyadan təklif gəldi, "Sumqayıt"dan ayrıldı
"Sumqayıt"ın ötən mövsüm heyətinə cəlb etdiyi Aleksey İsayev klubdan ayrılıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin üzvünə Rusiyadan sərfəli təkliflər var. Bu səbəbdən də İsayev klubdan ayrılıb.
23 yaşlı futbolçu ötən yay "Sumqayıt"la iki illik müqavilə imzalamışdı.
Qeyd edək ki, “Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı isə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. 2017/18 mövsümünü yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlmişdi.
İsayev Azərbaycan milli komandasına da dəvət alır.
Oxşar xəbərlər
Aleksey İsayev "Qarabağ"da - RƏSMİ
Millimizin futbolçusu "Sabah"da
Aleksey İsyaevin "bazarı" qızışır
"Sumqayıt" "Zenit"in futbolçusunu transfer etdi - FOTO
"Zenit"in futbolçusu Azərbaycan klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası