reklam
FIFA futbolda 5 əvəzetməni təsdiqlədi
Sportfm.az xəbər saytı

FIFA futbolda 5 əvəzetməni təsdiqlədi


Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib.

Sportfm.az xəbər verir ki, bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.

Yeni qaydalara əsasən, 2020-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulan turnirlərdə hər komanda oyun ərzində 5 əvəzetmədən istifadə edə bilər.

Bu yeniliyi təqbiq etmək qərarı federasiyaların və konfederasiyaların öhdəliyinə buraxılır. 5 əvəzetmədən həm mayın 16-da start götürəcək Bundesliqa matçlarında, həm də 7 turu geridə qalan Belarus çempionatının qarşılaşmalarında istifadə oluna bilər.

Oyun ərzində əvəzetmələr 3 dəfəyə gerçəkləşdirilməlidir. Bunu fasilədə də etməyə icazə verilir.

IFAB və FIFA müvəqqəti qaydanın 2021-ci ildə sona çatacaq turnirlərdə tətbiq olunacağına dair hələ qərar verməyib.

 

Oxşar xəbərlər

Futbolda ofsayd qaydası dəyişdirilir
Futbol qaydalarında yeni dəyişiklik - QƏRAR
Futbolda 5 əvəzetmə qaydası davam edəcək - Müddəti uzadıldı
5 əvəzetmə qaydasının müddəti uzadıldı - 2022-ci ilədək
Futbolçu dəyişikliyi 3-dən 5-ə qaldırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər