Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Ora futbolçu kimi qayıtmaq istəmirəm" -Səmədov
Rusiyanın "Krılya Sovetov" klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu bu, ya da gələn mövsümün sonunda butsılarını mıxdan asacağını deyib: "Bu mövsüm olmasa, gələn il mütləq karyeramı başa vuracağam. Tam qərar verməmişəm. Vida matçım olmayacaq. Çünki çox klubda oynamışam. Karyeramı "Spartak"da bitirəcəyimi düşünürdüm. Amma artıq belə bir şey mümkün deyil. Ora futbolçu kimi qayıtmaq istəmirəm".
Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Rusiya millisinin sabiq üzvü Moskvanın "Moskva", "Lokomotiv" və "Dinamo" klublarında da çıxış edib.
Oxşar xəbərlər
Səmədov ruslara da lazım deyil - Qovuldu
Səmədov karyerasını bərpa etdi - İlk rəsmi oyununa çıxdı
Azərbaycanlı futbolçu idman direktoru olacaq
Millidə çıxış etmiş azərbaycanlı futbolçu karyerasını bitirdi - FOTO
Aleksandr Səmədov peşəkar karyerasını bitirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası