reklam
15 klub koronavirus testindən keçdi
Sportfm.az xəbər saytı

15 klub koronavirus testindən keçdi


İspaniyanın La Liqa və Sequnda klublarının futbolçuları ötən gün koronavirusla bağlı testdən keçiblər.

Sportfm.az xəbər verir ki, əsas liqanın 15 komandasının oyunçularından bazada analiz götürülüb.

La Liqa rəhbərliyinin qərarına əsasən, testi neqativ çıxan futbolçulara məşqə başlamaq üçün icazə veriləcək.

15 gün ərzində oyunçulardan üç dəfə analiz götürüləcək. Ardınca isə kollektiv məşqlərə icazə veriləcək.

Qeyd edək ki, La Liqanın oyunları martın 12-də dayandırılıb. 

Oxşar xəbərlər

“Qarabağ” növbəti dəfə testdən keçəcək
"Qəbələ" koronavirus testindən keçmədi
Millimizin futbolçusu növbəti dəfə testindən keçdi
Millimizin daha bir üzvü koronavirus testindən keçdi
Çempionatdakı bütün futbolçular analiz verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər