Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elnur Məmmədlinin ipponla məğlub etdiyi cüdoçu həbsdə -Cinsi zorakılıqda ittiham olunur
Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Cənubi koreyalı cüdoçu Van Ki Çun həbs olunub.
Sportfm.az xəbər verir ki, 32 yaşlı idmançı yetkinlik yaşına çatmamış qıza qarşı cinsi zorakılıqda ittiham olunur.
Artıq Tequ şəhərinin Polis İdarəsi də hadisəni təsdiqləyib. Bildirilib ki, istintaq mart ayında asiyalı cüdoçu ilə bağlı şikayətdən sonra başlayıb. İşin gələn həftə prokurorluğa göndəriləcəyi gözlənilir.
Van Ki Çun Pekin Olimpiadasında finalda azərbaycanlı cüdoçu Elnur Məmmədliyə uduzaraq ikinci olub. Rəqibini 13 saniyəyə ipponla məğlub edən Məmmədli həmin vaxt Olimpiadanın qızıl medalını qazanmışdı.
Oxşar xəbərlər
Elnur Məmmədliyə fəxri ad verildi
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
Elnur Məmmədli: "Məsələni böyütməyin"
İndidə cinsi zorakılıqda ittiham edilir
Azərbaycanlı cüdoçudan daha bir qızıl
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası