reklam
Çempionata yekun vuruldu -
Sportfm.az xəbər saytı

Çempionata yekun vuruldu -Cəbəllütariqdə


Koronavirus pandemiyası səbəbiylə dayandırılan Cəbəllütariq çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu barədə Cəbəllütariq Futbol Assosiasiyası məlumat verib.

Məlumatda, çempionatı iyulun 20-dən tez bərpa etməyin mümkün olmadığı bildirilib. Vaxtından tez yekunlaşdırılan çempionatda avrokuboklarda mübarizə aparacaq komandalar turnir cədvəlinin hazırkı vəziyyətinə görə müəyyənləşib. Belə ki, turnir cədvəlinə başçılıq edən “Europa” Çempionlar Liqasında, ikinci pillədə qərarlaşan “Sent-Jozef” və üçüncü yeri tutan “Linkoln” Avropa Liqasında mübarizə aparacaq.

Daha əvvəl Niderland və Fransa çempionatlarına vaxtından əvvəl yekun vurulmuşdu.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” ilk oyunda Cəbəllütariq komandası ilə üz-üzə - Təqvim
Belçikada çempion elan edildi - FOTO
Belçika klubu məşqlərini bərpa edir
Dadaşov yenə futbol oynamayacaq
Kosovo klubu ÇL-də ilkin mərhələnin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər