reklam
Premyer Liqa bərpa olunur -
Sportfm.az xəbər saytı

Premyer Liqa bərpa olunur -Ancaq, bir şərtlə...


İngiltərə Premyer Liqasının klubları yerli hökumət razılıq verəcəyi təqdirdə çempionatın qalan oyunlarını keçirmək niyyətindədirlər.

Sportfm.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, komandalar idman prinsiplərini qorumaq məqsədilə çempionatın başa çatıdırılmasını istəyirlər: "Klublar dövlətin dəstəyinə görə minnətdardırlar. Premyer Liqa təmsilçiləri yalnız hökumətin razılığı ilə mütəxəssislərin rəhbərliyi altında, futbolçu və baş məşqçilərlə məsləhətləşmədən sonra məşqlərə başlamaq və oyunları başlatmaq üçün ilk addımları nəzərdən keçirirlər", - məlumatda vurğulanıb.

"The Sun" nəşri isə iddia edib ki, klublar mayın 18-dən məşqlərə başlaya bilərlər. Çempionatın iyunun 12-də bərpa olunacağı, matçların isə neytral meydançalarda keçirilə biləcəyi istisna olunmayıb.

Oxşar xəbərlər

Mövsümün bərpasına icazə verildi
Premyer Liqa klubları məşqlərə başlayır - RƏSMİ
Premyer Liqada müqavilələr uzadılacaq - FOTO
Premyer Liqanın bərpa olunacağı tarix məlum oldu
Premyer Liqa bərpa olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər