reklam
Premyer Liqa klubları məşqlərə başlayır -
Sportfm.az xəbər saytı

Premyer Liqa klubları məşqlərə başlayır -RƏSMİ


Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İngiltərə Premyer Liqasının bərpası üçün ilk addım atılıb.

Sportfm.az xəbər verir ki, çempionatın səhmdarları klubların sabah günortadan kiçik qruplar şəklində məşqlərə başlamasına yekdilliklə səs veriblər.

"Təlimə qayıdış" protokolunun ilk bəndi komandalara sosial məsafəni qorumaq şərtilə məşq etməyə icazə verir. Yaxın təmas məşqləri isə hələlik qadağan olunur.

İlk mərhələ Premyer Liqa klublarının oyunçuları, menecerləri, həkimləri, müstəqil ekspertlər və hökumətlə məsləhətləşmədən sonra razılaşdırılıb. Yüksək səviyyədə ciddi tibbi protokollar hər kəsin ən təhlükəsiz şəraitdə məşqlərə qayıdacağına zəmanət verir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martın 13-də qeyri-müəyyən müddətədək təxirə salınıb.

Oxşar xəbərlər

Dadaşov məşqlərə başladı - FOTO
Premyer Liqa bərpa olunur - Ancaq, bir şərtlə...
Premyer Liqa ləğv edilir - ŞOK
Premyer Liqa davam etdiriləcək - Açıqlama
Premyer Liqa barədə qərar verildi - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər