reklam
Milli Liqada 16 tur arxada qaldı
Sportfm.az xəbər saytı

Milli Liqada 16 tur arxada qaldı


"Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi FIFA20 Milli Liqasının 16 turu arxada qalıb.

Sportfm.az xəbər verir ki, “Nakhchivan Alinja Tower” komandasının turnir cədvəlində liderliyini davam etdirdiyi vaxtda, ən yaxın rəqibləri arasında mübarizə günü-gündən daha da maraq qazanmağa başlayıb. Aktivində 38 xalı olan və ikinci sırada qərarlaşan “Kalbacar Wolves” kollektivini, onlardan cəmi 1 xal geri qalan “Karabakh Horses” izləyir. Son 4 turda yalnız 1 dəfə məğlub olan “Shaki Khans” klubu xallarının sayını 34-ə çatdıraraq favoritlər arasına təsadüfən düşmədiyini sübut edib. Ardıcıl 3 görüşdə məğlub olaraq rəqiblərini özündən irəli buraxan “Sumqayit Peacekeepers” 32 xalla ilk beşlikdə qərarlaşıb. Qeyri-stabil oyunu ilə yadda qalan “Gobustan Stones” və uğursuz starta baxmayaraq özünü toparlamağı bacaran “Old City White Pants” kollektivləri, müvafiq olaraq 6-7-ci pillədə yer alıblar. FIFA20 Milli Liqasının növbəti turları mayın 2-3-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

Oxşar xəbərlər

Bakı birinciliyinin mükafatçıları bilindi
“FIFA20 Milli Liqa”da mövsüm yekunlaşdı, çempion məlum oldu
FİFA20 2-ci Liqasına düşmə şansı - Bu oyunun yaradanını axtaranları gözləyirik!
Milli Liqada lider dəyişməz qaldı - FİFA20
Azərbaycanın ilk FIFA20 liqası start götürəcək - Onlayn

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər