reklam
Milli Liqada lider dəyişməz qaldı -
Sportfm.az xəbər saytı

Milli Liqada lider dəyişməz qaldı -FİFA20


“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi FİFA20 Milli Liqasında XII tur başa çatıb.
Sportfm.az xəbər verir ki, 38 matçlıq marafona Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” kollektivi başçılıq edir. 

Ardıcıl 8 oyun qələbə qazanan Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” xallarının sayını 31-ə çatdıraraq, 2-ci pillədəki mövqeyini möhkəmləndirib. 

Turnir cədvəlində növbəti 3 yeri hərəyə 25 xal toplayan “Shaki Khans”, “Karabakh Horses” və “Kalbacar Wolves” komandaları bölüşürlər. Rəqiblərindən cəmi 2 xal geri qalan İbrahim Kərimovun “Gobustan Stones” klubu 6-cı, aktivinə ümumilikdə 22 xal yazdıran “Khizi Mountains” 7-ci pillədədir. 

Hələ də qələbə üzünə həsrət qalan “Neftchala Sailors” və “Mingachevir Energizers” komandaları isə hərəyə 4 xalla autsayderlər qrupundadır. 

FİFA20 Milli Liqasının növbəti turları aprelin 29-u və 30-da keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan, 21:00-a qədər “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

https://www.twitch.tv/glahub

Oxşar xəbərlər

Daha iki qələbə - Azərbaycan çempionatı
Bakı birinciliyinin mükafatçıları bilindi
“FIFA20 Milli Liqa”da mövsüm yekunlaşdı, çempion məlum oldu
FİFA20 2-ci Liqasına düşmə şansı - Bu oyunun yaradanını axtaranları gözləyirik!
Milli Liqada 16 tur arxada qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər