Belçika klubu ABŞ şirkətinin oldu -Borc səbəbindən
Belçikanın “Ostende” klubu ABŞ şirkəti tərəfindən satın alınıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda “Ostende”nin “Pacific Media Group” (PMG) tərəfindən satın alındığı bəyan olunub.
Belçika mətbuatının yazdığına görə, sözügedən klubun ciddi borcları var. Bu üzdən ABŞ şirkəti “Ostende”yə 2,7 milyon avro ayırıb. Bir neçə gün öncə Belçika Futbol Federasiyası da bir neçə klubla yanaşı, “Ostende”nin də borcları səbəbindən növbəti mövsüm üçün peşəkar klub lisensiyası ala bilmədiyini və həvəskar liqada mübarizə aparacağını açıqlamışdı. Amma klubun yeni sahiblərinin həmin borcları bağlaması nəticəsində “Ostende”nin növbəti mövsümdən peşəkar liqalarda mübarizə aparması mümkün olacaq.
Qeyd edək ki, PMG İngiltərədə “Barnsli”, İsveçrədə “Tyun” klublarının da hissələrini satın alıb.
Oxşar xəbərlər
Autsayderlər elita ilə vidalaşdı - Liqa 2-də mübarizə aparacaqlar
“Everton” tarixi müqaviləyə imza atdı
Belçika klubu "Mançester Siti"nin sahiblərinin oldu
PSJ-nin yetirməsi “Qəbələ”də - RƏSMİ
Dünya futbolunda daha bir qəribəlik - Oyunun gedişində istefaya göndərildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası