reklam
Autsayderlər elita ilə vidalaşdı -
Sportfm.az xəbər saytı

Autsayderlər elita ilə vidalaşdı -Liqa 2-də mübarizə aparacaqlar


Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Fransa çempionatında son iki pilləni tutan “Amyen” və “Tuluza” klublarının aqibəti ilə bağlı yekun qərar qəbul olunub.

Sportfm.az xəbər verir ki, Liqa 1 mövsümün erkən başa çatdırıldığını açıqlayarkən bu iki klubun növbəti mövsümdə Liqa 2-də mübarizə aparacağını bəyan etmişdi.

Amma “Amyen” və “Tuluza” rəhbərliyi bu qərarla razılaşmadığından məhkəməyə üz tutmuşdu. Məhz ölkə rəhbərliyinin işə qarışmasından sonra bu qərara yenidən baxılacağı bildirilmişdi. Artıq bu məsələ ilə bağlı yekun qərar qəbul olunub. Hər iki klub 2020/21 mövsümündə Liqa 2-də mübarizə aparacaq. Bu barədə Fransa Peşəkar Futbol liqasının rəsmi saytı məlumat yayıb. 

Oxşar xəbərlər

İki klub elitada mübarizə aparacaq
Liqa 1-də qərar dəyişdirildi
Klubların etirazı nəticə verdi - Qərar dəyişdirildi
Fransanın iki klubu məhkəməyə müraciət etdi - Çempionat keçirilsin
Klublarla razılığa gəlindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər