Dünya futbolunda daha bir qəribəlik -Oyunun gedişində istefaya göndərildi
Belçika çempionatının XXI turunda qeyri-adi hadisə yaşanıb.
Sportfm.az xəbər verir ki, "Ostende" klubu oyunun gedişində baş məşqçisi Kare İnqebriqtseni istefaya göndərib.
Hadisə XXI turun "Şarlerua" ilə səfər qarşılaşması zamanı yaşanıb. Meydan sahiblərinin 3:0 hesabı ilə öndə olduğu vaxt "Ostende"nin rəsmi tvitter səhifəsi istefa barədə xəbər yayıb.
Bundan 20 dəqiqə sonra isə K.İnqebriqtsen Kiprin APOEL klubunun baş məşqçisi təyin olunub. Bir müddət əvvəl Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ" klubunun rəqibi olmuş və həmin vaxt da baş məşqçiləri tez-tez dəyişməyi sevən Nikosiya təmsilçisi "Ostende"nin çalışdırıcısını "oğurlayıb".
Oyun zamanı rəsmiləşən istefanın səbəbkarı da APOEL-dir. Kiprlilər baş məşqçi ilə anlaşsalar da, "Ostende" mütəxəssisi buraxmaq istəməyib. "Şarlerua" ilə matçın gedişində klub rəhbərliyi başa düşüb ki, K.İnqebriqtseni saxlamaq mənasızdır.
Qeyd edək ki, "Ostende" baş məşqçisinin istefaya göndərildiyi oyunda 0:5 hesabı ilə uduzub.
Oxşar xəbərlər
"Kəpəz"də afrikalı hücumçu - Transfer
Belçika klubu ABŞ şirkətinin oldu - Borc səbəbindən
PSJ-nin yetirməsi “Qəbələ”də - RƏSMİ
Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi
APOEL baş məşqçisini istefaya göndərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası