reklam
Sportfm.az xəbər saytı

"Real Madrid" Keyndən imtina etdi


İspaniyanın "Real Madrid" klubu İngiltərə "Tottenhem"inin futbolçusu Harri Keyni almaqdan imtina edib.

Sportfm.az xəbər verir ki, bu qərar koronavirus pandemiyası ilə əlaqədar dünyadakı qeyri-sabit maliyyə durumu ilə əlaqədar verilib.

26 yaşlı forvardın qarşıdakı transfer dövründə heyətə cəlb olunması nəzərdə tutulurdu. Daha əvvəl imtina qərarını "Mançester Siti" də verib. "Tottenhem" borcları üzündən Keyni 200 milyon funt sterlinqə (228 milyon avro) buraxmağa hazır idi.

Qeyd edək ki, Harri Keyn yetirməsi olduğu "Tottenhem"də 2009-cu ildən forma geyinir. Bu mövsüm ingiltərəli forvard 25 oyuna 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilədək qüvvədədir. 

Oxşar xəbərlər

10 oyunda 15 qol - Harri Keyndən yeni rekord
Keyn üçün rekordu gözə alırlar - Transfer
Müsəlman futbolçu üçün 60 milyon avro
Ronaldo onu istəmir - FOTO
Bu klub üç futbolçu üçün yarım milyard hazırladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər