Formula 1 yürüşləri tamaşaçısız keçə bilər
Formula 1 komandalarının, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) və “Liberty Media”nın nümayəndələrinin iştirakı ilə telefon konfransı keçirilib. Konfransda mövsümün başlanması tarixi müzakirə edilib.
Sportfm.az xəbər verir ki, “McLaren” komandasının rəhbəri Zak Braun Britaniyanın “Radio Four” radiosunun efirində çıxış edib. Çempionatın iyul ayında başlanacağını faktiki olaraq təsdiqləyən Zak Braun əlavə edib ki, bütün Avropa mərhələlərinin boş tribunalarla, tamaşaçısız keçəcəyi ehtimal olunur.
Zak Braun deyib: “Hələ ki bunlar hamısı ehtimallardır, Böyük Britaniya Qran Prisi isə əvvəl planlaşdırılmış tarixlərdə, amma tamaşaçısız keçəcək. Ehtimal ki, bütün qalan Avropa mərhələləri də eyni ssenari üzrə keçəcək.
Yeni təqvim çox gərgin olacaq və biz mümkün qədər çox yürüş keçirmək üçün müxtəlif variantlara baxırıq. İdeyalardan biri – eyni trasda, o cümlədən Silverstoun trasında bir neçə mərhələ keçirməkdir”.
Oxşar xəbərlər
Azərbaycan qran-prisi canlı yayımlanacaq! - Formula 1
"Formula 1-in bir və ya iki yarış ləğv ediləcək" - Zak Braun
Təqvim iyunda açıqlanacaq - Formula 1
Yeni mövsüm azarkeşsiz baş tutacaq - "Formula 1"
2019-cu il Formula 1 mövsümünün 8 mərhələsinin tarixləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası