Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolka 22,4 min dollara satıldı -FOTO
İspaniyalı tennisçi Rafael Nadal 2019-cu ildə açıq Fransa çempionatının finalında geyindiyi futbolkanı xeyriyyə hərracına təqdim edib.
Sportfm.az xəbər verir ki, hərracda tennisçinin futbolkası 22,4 min dollara satılıb.
Hərracda digər idmançıların da geyim və əşyaları satışa çıxarılıb. Ən baha qiymətə R.Nadalın futbolkası satılıb.
İkinci ən dəyərli satış sabiq basketbolçu Xuan Karlos Navarronun futbolkası olub (6,7 min). Mərhum basketbolçu Kobi Brayantın idman ayaqqabıları isə 6,6 min dollar müqabilində sahibini tapıb.
Hərracdan əldə olunan gəlir koronavirus infeksiyası ilə mübarizə üzrə aidiyyəti qurumlara təhvil verilib.
Oxşar xəbərlər
Brayantın forması hərracda satıldı - 1,2 milyon dollara
Bir forma 5.8 milyona satıldı
Cordanın ayaqqabısı hərraca çıxarılacaq - 100 minə
Maykl Cordanın forması 1,38 milyon dollara satıldı - Hərrac
Cordanın forması rekord qiymətə satıldı - Hərracda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası