reklam
Maykl Cordanın forması 1,38 milyon dollara satıldı -
Sportfm.az xəbər saytı

Maykl Cordanın forması 1,38 milyon dollara satıldı -Hərrac


Əfsanəvi basketbolçu Maykl Cordanın oyun forması hərracda rekord məbləğə satılıb.

Sportfm.az xəbər verir ki, məşhur idmançının 1982/1983 mövsümündə Milli Kollegial İdman Dərnəyinin (NCCC) komandasında çıxış edərkən geyindiyi forma üçün 1,38 milyon ABŞ dolları ödənilib.

Ötən ilin oktyabrında isə Cordanın "Çikaqo" klubundakı 23 nömrəli forması auksionda 480 000 min ABŞ dollarına satılıb.

Qeyd edək ki, ikiqat olimpiya çempionu olan Maykl Cordan "Çikaqo"nun heyətində 6 dəfə Milli Basketbol Assosiasiyasını (NBA) qızıl medallarını qazanıb. Beş dəfə MBA-nın ən dəyərli oyunçusu seçilən veteran basketbolçu 2003-cü ildə karyerasını başa vurub.

 

Oxşar xəbərlər

Brayantın forması hərracda satıldı - 1,2 milyon dollara
Bir forma 5.8 milyona satıldı
Cordanın ayaqqabısı hərraca çıxarılacaq - 100 minə
Cordanın forması rekord qiymətə satıldı - Hərracda
Forması rekord qiymətə satıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər