reklam
Legioner futbolçu
Sportfm.az xəbər saytı

Legioner futbolçu "Qəbələ"də maaşının azalmasına razıdı


"Hazırkı vəziyyət klublar üçün asan deyil. Bu səbəbdən, maaşlar azaldılsa, anlayışla qarşılayaram".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə bəzi klubların oyunçuların məvaciblərini azaltmasına münasibət bildirərkən deyib.

İspaniyalı yarımmüdafiəçi klubunun belə bir addım atmayacağına inandığını vurğulayıb: "Bilirəm ki, "Qəbələ" maaşımızı tam ödəmək üçün mümkün olan hər şeyi edəcək. Amma bunu etmək mümkün olmasa, klubu başa düşməli və dəstəkləməliyik"

"Qəbələ" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq 25 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdmirməyin əleyhinə olmadığını da vurğulayıb: "Klub müqaviləmi daha bir il uzatmaq imkanına malikdir. İdman karyeramda hər şeyin ən yaxşısını arzulayıram. Bu, Azərbaycanda olacaqsa, qalacaam".

Lopes "Başqa təklifləriniz varmı" sualına isə belə cavab verib: "Bu işlərlə menecerim məşğul olur. Hazırda "Qəbələ"dən başqa heç bir komanda barədə düşünmürəm".

Fernan Lopes koronavirus pandemiyası ilə əlaqədar ailəsindən narahat olduğu üçün vətəni İspaniyaya yollanıb.

Oxşar xəbərlər

“Qəbələ”nin sabiq futbolçusu Kiprdə klubunda
"Qəbələ"nin legioneri zədələndi - Kubok oyununda
Fernan Lopes yenidən "Qəbələ"də - Müqavilə
Fernan Lopes "Qəbələ"yə geri dönəcək
"Qəbələ"nin prezidenti: " Futbol ağır günlər keçirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər