reklam
Ulduz futbolçu  əlehqazla gəzib, pusqu quracaq -
Sportfm.az xəbər saytı

Ulduz futbolçu əlehqazla gəzib, pusqu quracaq -Son Hın-Min orduda


İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə dayandırıldığı üçün "Tottenhem"in futbolçusu Son Hın-Min ölkəsinə dönüb.

Sportfm.az xəbər verir ki, Cənubi Koreya millisinin üzvü karantin müddətində hərbi xidmətdə olacaq. 27 yaşlı hücumçu məcburi şəkildə 4 həftə xidmətdə olacaq. 

Yerli mətbuat Sonun ötən həftədən əsgərlik günlərinə başladığını yazıb. O, əlbəyaxa döyüş (sparrinq) və silah təlimində iştirak edib. Bundan əlavə, futbolçu ağırlığı 24 kq olan sursatla 7 km yürüş edib.

Ulduz futbolçu gözyaşardıcı qazların atıldığı binada əlehqazla gəzib, pusqu qurmağı, tikanlı məftillərdə sürünməyi öyrənəcək.

Oxşar xəbərlər

Ulduz futbolçu "Tottenhem"i ələ salan paylaşım etdi
Erməni futbolçu döyüşdə öldü – Qarabağda
Son qayıtdı - Fərdi məşqlərə başlayacaq
Çempionat dayandı, ulduz futbolçu hərbi xidmətə yollandı
Çempionlar Liqasında oynayırdı, əsgərliyə çağırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər