Teymur 9-cu, Şəhriyar 11-cidir
FIDE şahmatçıların aprel reytinqini açıqlayıb.
Sportfm.az xəbər verir ki, martda baş tutan oyunların da nəzərə alındığı siyahıda Azərbaycanın səkkiz şahmatçısı yer alıb. Onlardan beşi kişi qrossmeysterdir. Təmsilçilərimizdən yalnız Teymur Rəcəbov ilk "onluq”da qalıb. Millimizin üzvlərindən ən yaxşı göstəricinin sahibi olan şahmatçımız 2765 xalla 9-cu pillədə yer tutub. Şəhriyar Məmmədyarov isə ilk "onluq”dakı yerini itirib. Qrossmeysterimiz 2764 xalla 11-cidir. 1 pillə geriləyən şahmatçı İddiaçılar turnirinin iştirakçısı, niderlandlı Aniş Girini önə buraxıb. Digər üç təmsilçimiz də Teymur kimi mövqeyini qoruyub. Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü, Rauf Məmmədov 2654 xalla planetin 91-cisidir. Bu siyahıda ilk "üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür. Qadın şahmatçıların reytinqində isə üç həmyerlimiz yer alıb. Yığmamızın üzvlərindən iki pillə irəliləyən Günay Məmmədzadə (2443) 29-cudur. Gülnar Məmmədova (2382) 77-ci sırada qalıb. İlk "100-lük”də yerini itirən Ülviyyə Fətəliyevanı digər təmsilçimiz - Xanım Balacayeva əvəz edib. O, 2376 xalla 86-cıdır. Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.
Oxşar xəbərlər
Şahmatçılarımızın mövqeyi dəyişməz qaldı - FIDE reytinqi
Rəcəbov və Məmmədyarovun mövqeyi dəyişmədi - FIDE reytinqi
Şahmatçılarımız irəlilədi - FIDE reytinqi
Günay Məmmədzadə 3 pillə irəlilədi - FIDE reytinqi
Şahmatçımız doqquzuncudur - FIDE reytinqində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı














Misli Premyer Liqası