reklam
Sportfm.az xəbər saytı

"Yuventus" Ronaldonu satmağı düşünür


"Yuventus" koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə itkiləri səbəbindən futbolçusu Kriştiano Ronaldonu satmağa məcbur ola bilər.

Sportfm.az xəbər verir ki, mövsüm bərpa olunduqda "Yuventus"un iqtisadi problemlərə görə portuqaliyalı hücumçuya əvvəlki maaşı vermək ehtimalının az olduğu vurğulanıb. 35 yaşlı oyunçu Turin klubunda ilinə 31 milyon avro qazanır.

Bildirilib ki, bu problemi həll etməyin yolu Kriştianonu başqa kluba satmaqdır. Bu halda "Yuventus"un oyunçu üçün azı 70 milyon avroluq təklifləri nəzərdən keçirəcəyi iddia olunub.

Qeyd edək ki, Ronaldonun Turin təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Oxşar xəbərlər

Ronaldonu transfer etmək istəyirlər
Ronaldo üçün qərar anı - "Yuventus"dan gedir
Ronaldo "Yuventus"da qalacaqmı?
"Ayaks"ı daha bir oyunçu tərk edir
"Yuventus"dan 94 milyon avroluq transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər